XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Fevral 2019 - 14:00

 Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanladı –Mətn

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasındakı strateji tərəfdaşlıq münasibətləri, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına sülh və rifah arzulayıram”.