XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 16:51

Azərbaycanda qanunsuz ov edən ərəb saxlanıldı –2 min manat cərimə olundu

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən  Hacıqabul rayonunun Pirsaat kəndi yaxınlığında icazəsiz ova cəhd edən əcnəbi vətəndaş saxlanılıb.

Strateq.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı təqsirkar şəxsin Birləşmiş Ərəb Əmirliyi vətəndaşı Al Oud Mubarak Al Kaam Saeed Alameri olduğu məlum olub.

Faktla bağlı brakonyer barəsində  akt, protokol tərtib olunub  və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.