XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 17:00

CESD radikal qruplara qarşı təlimə başlayıb –Tədbir+foro

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) PH International təşkilatının dəstəyi ilə “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində 12 fevral 2019-cu il tarixində Sumqayıt şəhərində növbəti təlimini keçirib.

Bu barədə təşkilatdan Strateq.az-a verilən məlumata görə, tədbirdə gənc aktivistlər, tələbələr, Sumqayıt Gənclər Evinin əməkdaşları və könüllülər iştirak edib.

Tədbiri giriş sözü ilə açan CESD-nin sədri Vüqar Bayramov yeni iştirakçılara layihə və onun potensial təsirləri haqqında məlumat verib. Daha sonra təlimçi Rəşad Həsənov “Radikal ekstremizm: mübariz yoxsa terrorist” mövzusunda təlimə başlayıb. İlk öncə iştirakçılar terrorist və azadlıq mücahidini fərqləndirən cəhətlər haqqında fikir mübadiləsi aparıblar. Rəşad Həsənov terroristlərin hüquq müdafiəçilərindən yaxud azadlıq mücahidlərindən fərqləndirilməsinin önəmini vurğulayıb və qeyd edib ki, qarşımızdakı insanın düzgün müəyyən edilməsi bizə adekvat preventiv addımlar atmağa imkan verir. Mövzu ilə əlaqədar qrup işi keçirildikdən sonra sonra iştirakçılara radikal ekstremizmin və terrorizmin insanlarda yaratdığı hisslər və onları doğuran səbəblər haqqında məlumat verilib.

Məlumatda daha sonra qeyd olunur ki, bu təlim layihə çərçivəsində Sumqayıt şəhərində keçirilən ikinci tədbir olub və növbəti həftələrdə digər təlimlərin keçirilməsi nəzərdə tututlur.