Azərbaycan Milli Məclisinin (MM) Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə fevralın 15-də Avstraliyanın Sidney şəhərinə səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən Strateq.az-a verilən məluata görə, deputatlar bir sıra görüşlər keçirəcək, Azərbaycanla Avstraliya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı barədə məsələləri müzakirə edəcək, qanun yaradıcılığı ilə bağlı təcrübələrini bölüşəcəklər.
Səfər fevralın 27-də başa çatacaq.