XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2019 - 21:20

Ərdoğandan Putin və Ruhaniyə təklif:"Suriya ilə bağlı növbəti görüşü Türkiyədə keçirək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyətə dair növbəti zirvə görüşünü Türkiyədə keçirmək təklifini irəli sürüb.

Bu barədə R.T.Ərdoğan iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüş zamanı bildirib.

“Biz cənab Putin və cənab Ruhani ilə üçtərəfli müzakirələri davam etdirmək barədə razılığa gəldik. Prezidentlərlə gələn görüşümüzü qarşıdakı aylarda Türkiyədə keçirmək istədiyimiz barədə fikirlərimizi bölüşdük”, – Türkiyə Prezidenti qeyd edib/Report.