XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2019 - 23:59

Avropa Liqası:"Qalatasaray" İstanbulda "Benfika" ilə bacarmadı

Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində Türkiyənin “Qalatasaray” klubu İstanbulda “Benfika”nı qəbul edib.

Strateq.az xəbər verir ki, oyuna istəkli başlayan “Qalatasaray”ın 27-ci dəqiqəsində qapısına penalti təyin edilib.

Salvvio penalti zərbəsini qola çevirib – 0:1.

Bu qoldan sonra hücumlarını daha da artıran “Aslan”lar ilk hissədə hesaba tarazlıq gətirə bilməyib.

İkinci hissədə isə “Qalatasaray”ın hücumları effekt verib. Belə ki, oyunun 54-cü dəqiqəsində Luyindama hesabı bərabərləşdirib – 1:1.

Lakin bu qoldan 10 dəqiqə sonra “Benfika” yenidən hesabda önə çıxıb – 1:2.

Oyun bu hesabla başa çatıb.

Beləliklə, “Qalatasaray”ın növbəti mərəhələyə çıxma şansı cavab qarşılaşmasında həll olunacaq.