XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2019 - 13:14

Nazir:"Bir aya təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü təsdiq olunacaq"

“Nazirlər Kabinetinin tapşırığı ilə ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min artırılması ilə bağlı ilkin təkliflər var”.

Bunu təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.Onun sözlərinə görə, bir ay ərzində həmin yerlərin ixtisaslar üzrə bölgüsü təsdiq olunacaq: “İlkin təkliflər hazırlanıb və hökumət tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzədə tutulur. (Report)