Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyan 1 mart 2008-ci il hadisələri ilə bağlı açılmış cinayət işi çərçivəsində Xüsusi İstintaq Xidməti tərəfindən dindirilib.
Erməni mediası Akopyanın 1 mart hadisələri zamanı qondarma rejimin qüvvələrinin İrəvana cəlb edilməsində şübhəli bilindiyini yazıb.
Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti Qarabağdakı qoşunların 1 mart mitinqlərinin qarşısını almaq üçün İrəvana yeridilməsi haqqında məlumat yayıb. Belə ki, məhz bu qoşunların İrəvandakı mitinqlərin qarşısını aldığı və etirazçılara atəş açdığı vurğulanıb.
Akopyan 2007-2015-ci illər arasında “dqr”in “müdafiə naziri” olub. (Axar.az)