XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 16:14

Avropa İttifaqı rəsmiləri Bakıya gəlir –Fevralın 18-də

Fevralın 18-də Avropa İttifaqının (Aİ) Mobillik və Nəqliyyat üzrə Baş direktoru Henrik Hololeyin rəhbərliyilə nümayəndə heyəti Azərbaycana səfər edəcək. 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək. İclasın fevralın 19-da keçirilməsi planlaşdırılır.

Tədbirdə aviasiya, dəniz və yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi və bu kimi Aİ ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.