XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2019 - 17:00

Azərbaycan Prezidenti Litva Prezidentini təbrik edib –Milli bayram münasibətilə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.