XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

16 Fevral 2019 - 18:54

Assosiasiya:"Arıçılıq üçün lazım olan avadanlıqlara gömrük rüsumları azaldılmalıdır"

Azərbaycan Arıçılar Assosiasiyası Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşmək istəyir.

Bu barədə “Report”a Assosiasiyanın sədri Bədrəddin Həsrətov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Komitəyə məktub göndərilib.

“Hazırda bal istehsalı ilə məşğul olan fermerlər xaricdən idxal olunan avadanlıqlar üçün gömrük rüsumunun məbləğindən narazıdır. Komitə sədrinə müraciət etmək istəyirik. Hesab edirik ki, arıçılıq üçün lazım olan avadanlıqlar – kiçik ləvazimatlar üçün idxal gömrük rüsumları azaldılmalıdır. Bu baş versə, balın maya dəyəri aşağı düşər, ona tələbat artar, ixrac üçün rəqabət qabiliyyətliliyi yüksələr”, – deyə o qeyd edib.