XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 00:49

Elmar Məmmədyarov Yan Hekerlə görüşüb –Fikir mübadiləsi aparılıb

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə görüşüb.

Görüşdə tərəflər Almaniya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə ediblər/Report.