XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 11:53

Donetskdə azərbaycanlı döyüşçü əsir götürülüb –Elvin Seyidova Rusiya vətəndaşlığı və maaş söz verilibmiş

Ukraynanın şərqində, Donetsk separatçılarının tərəfində döyüşən Azərbaycan vətəndaşı əsir düşüb.

Ukrayna KİV-lərinin yaydığı xəbərə görə, həmin şəxs bir aya yaxındır separatçıların tərəfində döyüşdüyünü bildirib. Əsir düşən şəxs Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən dindirilərkən  kamera qarşısında özünü Elvin Seyidov kimi təqdim edib. Deyib ki, yanvarın 13-də Azərbaycandan Dağıstana gedib. Oradan isə döyüşmək üçün Donetskə göndərilib.

Bu şəxs separatçıların tərəfində döyüşməyə razılıq verməsini Rusiya pasportu almaq istəyi ilə əsaslandırıb. Bildirib ki, tez-tez qazanc dalınca Dağıstana gedir, amma Rusiya vətəndaşlığı olmadığı üçün ona çətindir. Və Donetskdə döyüşməyin əvəzində ona Rusiya vətəndaşlığı və ayda 1250 qriven verəcəklərini deyiblər. Lakin maaş almaq Seyidova nəsib olmayıb və ayın sonuna bir neçə gün qalmış onu əsir götürüblər. (virtualaz.org)