XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 13:36

DGK-nın sədri Şabranda vətəndaşlarla görüşüb

DGK

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

 

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, fevralın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin Şabran şəhərinin mərkəzində ucaldılmış abidəsinin qarşısına gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

 

Qəbul zamanı bölgədə yerləşən Şabran, Quba, Qusar, Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətlərinə baxılıb. Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

 

Komitə sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.