XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

17 Fevral 2019 - 23:32

Türkiyədə iki azərbaycanlı qardaş köməksiz vəziyyətdə qalıb –Nə pasport ala bilirlər, nə də ölkəyə gələ...

Türkiyənin Bursa şəhərində yaşayan iki azərbaycanlı qardaş – 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov vətəndaşlıq pasportu ala bilmədikləri üçün böyük problemlər yaşayırlar.

12 il öncə Türkiyə vətəndaşı ilə ailə quran anaları ilə birgə bu ölkəyə gələn qardaşlar, şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün nə Azərbaycana gələ bilirlər, nə də tam huquqlu Türkiyə vətəndaşı ola bilirlər.

Qardaşlar Türkiyədə hərbi xidmətə getmək, ailə qurmaq istəsələr də, problemlərinin həllini tapa bilmirlər.

Sabir və Zaminkar 12 il öncə (9 və 7 yaşlarında olarkən) Türkiyəyə doğum haqqında şəhadətnamə ilə aparılıblar.

Oxu.az bildirir ki, 5 il öncə qardaşlarla ögey atalarının münasibətləri pozulub və onlar evi tərk ediblər. İndi çox çətin vəziyyətdə olan qardaşlar sosial şəbəkələr vasitəsi ilə əlaqədar rəsmi qurumlardan kömək istəyirlər.