XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 10:24

Gəncənin iki xəstəxanasına yeni baş həkim təyin olunub –Əmr

Gəncə şəhərində 1 və 3 nömrəli xəstəxanaların baş həkimləri dəyişib.

Müvafiq əmrlə Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Azad Quliyev tutduğu vəzifədən azad edilib.

O, Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxananın baş həkimi təyin olunub.

Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsi isə həmin xəstəxanada cərrah-həkim işləyən Qafar İbrahimova həvalə olunub.  (Report)