XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 14:16

İsrail hərbi şirkətilə Azərbaycan arasında 13 milyon dollarlıq müqavilə –Pilotsuz uçuş aparatlarına xidmət göstəriləcək
İsrailin hərbi şirkəti Azərbaycanla 13 milyon dollarlıq müqavilə imzalayacaq.
 İsrailin “Aeronautics Military COMPAN” şirkəti Azərbaycanda tenderdə qalib gəldiyini elan edib, bununla yanaşı 13 milyon dollarlıq müqavilə imzalayacağını açıqlayıb.
“Müqaviləyə əsasən, İsrail şirkəti daha öncə satılan “Orbiter 1K” pilotsuz uçuş aparatlarına xidmət göstərəcək”, – deyə “Jerusalem Post” yazıb.

Qeyd edək ki, “Orbiter 1K” PUA-sı partlayıcı yük daşımaq üçün uyğunlaşdırılan gövdəyə malikdir və özünü döyüş əməliyyatlarında müsbət tərəfdən göstərən əvvəlki aparatların müsbət cəhətlərini özündə birləşdirir. “Orbiter 1K” ən az çəkiyə, qanad açılımına, fəaliyyət radiusuna və yükdaşıma xüsusiyyətinə malikdir. Cəmi 30 sm yüksəkliyi və 1 metr uzunluğunda olan mini PUA-nın qanad açılımı 2.2 metrdir. 5500 metr yüksəklikdə və 50 km radiusda kəşfiyyat xarakterli vəzifələri yerinə yetirə bilir. 6.5 kq çəkisi olan “Orbiter 1K” 1.5 kq faydalı yüklə 140 km/saat maksimal sürət toplaya bilir. Uçuş müddəti 2-3 saatdır. Bütün görüntülər və əldə edilən video və telemetrik kəşfiyyat məlumatları 12 saatlıq həcmə malik sərt diskə (bu funksiya digər modellərdə əvəz edilib) yazılır.

Bu PUA-lar hərbi məqsədlər, quruda, dənizdə və havada kəşfiyyat vəzifələrinin yerinə yetirmək üçün nəzərdə tutulub.

“Orbiter 1K” PUA-larının uçuşu avtomatik idarəetmə sistemi ilə təchiz olunub.  (Ordu.az)