XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 10:31

Türkiyə parlamentinə sədrlik müvəqqəti MHP-yə keçdi –Cəlal Adnan spiker olacaq

Türkiyə parlamenti sədrinin səlahiyyətlərini müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından olan deputat Cəlal Adan icra edəcək.

“Report” xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin istefa vermiş sədri Binəli Yıldırım fevralın 19-da səlahiyyətlərini C.Adana təhvil verib.

Bununla bağlı keçirilən tədbirdə B.Yıldırım deyib ki, məclisə yeni sədr seçiləndək C.Adan sədr səlahiyyətlərini yerinə yetirəcək. Fevralın 24-də isə Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçiləcək.

Qeyd edək ki, C.Adan 1951-ci ildə Türkiyənin Ağrı əyalətində anadan olub.

Xatırladaq ki, fevralın 18-də İstanbul Böyük Bələdəyyəsi sədrliyinə namizəd olduğu üçün Binəli Yıldırım tutduğu vəzifədən istefa verib.