XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 14:27

 ATƏT-in fəaliyyətdə olan sədri Bakıya gələcək –Lavrovla görüşdə tarix açıqlandı

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün gələn ayın birinci yarısında Azərbaycana və Ermənistana səfər etmək niyyətindədir.

Bu barədə M.Layçak Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqların yekununa həsr olunan mətbuat konfransı zamanı bildirib. Diplomat həm rəsmi Bakıdan, həm də İrəvandan səfər üçün dəvət aldığını deyib.

Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılan münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq.