Topaz Premyer Liqasının XVII turunun “Səbail” – “Sabah” matçı meydan sahibi “Səbail” klubunun səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb.
Strateq.az AFFA-ya istinadən xəbər verir ki, bununla bağlı Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub: “Bunu nəzərə alaraq İntizam Komitəsi matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə “Səbail” klubu 2400 manat cərimə edib”.