XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 15:45

Dərmanlar ucuzlaşa bilər?!

derman 2

 

"Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir".

Strateq.az-ın report.az-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, təklif hazırlanıb, bu təklifin üzərində işlənilməlidir: “Baxaq görək, bu, büdcənin üzərinə nə qədər yük qoya bilər. Ona görə də, bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, bunu müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir".