XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

19 Fevral 2019 - 21:07

Putin Səudiyyə kralı ilə telefonda danışdı –Neftlə bağlı müzakirə

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud və Rusiya Prezidenti Vladimir Putin dünya karbohidrogen bazarlarında iki ölkə arasında qarşılıqlı fəaliyyəti bundan sonra da davam etdirməyə hazır olduqlarını bildiriblər.

TASS xəbər verir ki, iki lider arasındakı telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.

“Hər iki tərəf ticarət-iqtisadi və sərmayə də daxil olmaqla qarşılıqlı fəaliyyətin yüksək səviyyəyə nail olunduğu qənaətinə gələrək Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı çoxşaxəli əlaqələrin daha da gücləndirilməsi üçün ölkələrin səy göstərdiyi ifadə olunub”, – deyə Kremlin məlumatında qeyd olunub/Report.