Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu gün Ağsu şəhərində Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Strateq.az nazirliyə istinadən xəbər verir ki, nazir K.Heydərov tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib
"Bundan başqa, kadr məsələləri ilə bağlı 192, digər məsələlərlə bağlı müraciət edən 113 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub".