XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 12:31

Statistika Komitəsi:"Maliyyə sektoruna investisiya qoyuluşu artıb"

Bu ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 290,5 mln. manat vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə  bu, iqtisadiyyatına cəmi investisiya qoyuluşunun 33,4%-ni təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 263,9 mln. manatı və ya 90,9%-i Birləşmiş Krallıq, Türkiyə, Çexiya, İsveçrə, Malayziya, ABŞ, Yaponiya, İran və Rusiya sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5% az vəsait yönəldilib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9% artıb.

2019-cu ilin yanvar ayında neft sektoruna 362 mln. manatlıq vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 506,7 mln. manatlıq vəsaitin 74,4 mln. manatı (ümumi sərmayənin 8,6%-i qeyri-neft sənayesi sektorunda istifadə edilib.

Məlumata görə, 2019-cu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 0,6 mln. manatı və yaxud 0,1%-i maliyyə və sığorta fəaliyyətinə yönəldilib. İnvestisiya həcmində 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artım müşahidə olunub.