XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 19:39

“ASAN xidmət”in mobil tətbiqi istifadəyə veriləcək –Bu il

“Bu il ərzində Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında “ASAN xidmət” mərkəzləri açılacaq”.

Bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN Radio”nun “QəbuldASAN” proqramında deyib.

O, Səyyar “ASAN xidmət”in iki istiqamətdə fəaliyyət göstərdiyini vurğulayıb: “Səyyar “ASAN xidmət”lər “ASAN xidmət”in olmadığı ünvanlarda və sifariş əsasında fəaliyyət göstərir”.

Ü.Mehdiyev həmçinin bu yaxınlarda ASAN xidmətin imkanlarından mobil telefon vasitəsilə də faydalanmağın mümkün olacağını vurğulayıb: “Bu, “ASAN Xidmət”in mobil tətbiqi istifadəyə verildikdən sonra mümkün olacaq”.  (Report)