Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Braziliya Federativ Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşüb.
Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tərəflər ölkələrimiz arasındakı münasibətlər, regional problemlər və bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.