"Qarabağ" klubu martın 11-də AFFA-nın İcraiyyə Komitəsinə keçiriləcək seçkilərə öz namizədini müəyyənləşdirib.
Strateq.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir:
"Klubumuz Azərbaycan futboluna həm futbolçu, həm də baş məşqçi kimi çox böyük töhfələr vermiş və daha da böyük uğurlar qazanacağına inandığımız baş məşqçi Qurban Qurbanovun ölkə futbolu üçün səmərəli olacağını düşünərək İcraiyyə Komitəsinə namizədliyini irəli sürüb".