XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 13:17

Qubada çayda boğulan sürücünün meyiti 14 gün sonra tapıldı –Polisdən açıqlama + FOTO

Fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya düşən sürücünün meyiti bu gün tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Strateq.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilib: “Hadisə baş verən andan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.

Ərazinin çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülmüş, ərazinin mühafizəsi təşkil edilib.

Birgə həyata keçirilən axtarış tədbirləri fevralın 21-də  V.Qasımovun meyiti çaydan tapılaraq çıxarılmış və aidiyyatı üzrə təhvil verilib”.