XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 18:11

Rusiya XİN-dən Bakıya cavab:"Rusiya Ermənistana silah satmaqla balansı qoruyur”

zaxarova

 

“Ermənistan Rusiyanın müttəfiqidir. Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Hesab edirik ki, Rusiya həm Azərbaycan, həm də Ermənistana silah və hərbi texnika sataraq regionda qüvvələr balansının qorunmasını nəzərə alır”.

Strateq.az apa.az-ın Moskva müxbirinin verdiyi məlumata istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

M.Zaxarova Azərbaycanın Rusiyaya bu məsələ ilə bağlı nota verməsini Rusiya və Ermənistanın daxili işinə qarışmaq kimi qiymətləndirmədiyini vurğulayıb:

“Mən deməzdim ki, bu, iki ölkənin daxili işinə qarışmaqdır. Hər bir qonşu dövlətin qonşularının atdığı addımlarla maraqlanmaq hüququ var. Bizim Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Bu barədə Azərbaycan tərəfini diplomatik kanallarla məlumatlandırırıq".