XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2019 - 15:19

Azərbaycan millisinin futbolçusu Çexiyada yeni klubla müqavilə bağlayıb –Açıqlama

Azərbaycan futbolçusu Ərziman Rizvanov Çexiyada klubunu dəyişib.

Bu barədə “Report”a futbolçunun meneceri Erkin İbrahimov məlumat verib.

Onun sözlərinə görə, son 1,5 ili Çexiyanın “Banik” klubunda keçirən 20 yaşlı mərkəz yarımmüdafiəçisi “Bohemians-1905”lə cari bu ilin sonuna qədər müqavilə bağlayıb.

Çexiyanın yüksək dəstəsində çıxış edən Praqa təmsilçisi 21 turdan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Arzuman Rizvanov “Neftçi”nin yetirməsidir. O, sonuncu dəfə ötən ilin mayında Azərbaycanın U-20 yığmasına dəvət alıb.