Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün sərəncam imzalayıb.
Strateq.az Report-a istinadən xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Talıbov Tariyel Hüseynəli oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilib.
Qeyd edək ki, T.Talıbov AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, əməkdar elm xadimidir.