XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 16:54

Baş nazirin müavini Dünya Bankının regional direktoru ilə görüşüb –FOTO

Bu gün Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru Mercy Tembonla görüşüb. 

Strateq.az Nazirlər Kabinetinə istinadən bildirir ki, görüşdə Baş nazirin müavini keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin dövlətin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən biri olduğunu bildirib. O, icbari tibbi sıgortanın tətbiqi ilə əlaqədar çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyi barədə qonaqlara məlumat verib.

Mercy Tembon Dünya Bankı Qrupunun Azərbaycanla sıx və davamlı tərəfdaşlığa verdiyi əhəmiyyəti vurğulayaraq, ölkənin inkişaf proqramının icrasına, Azərbaycanın dayanaqlı iqtisadi artım istiqamətində irəliləməsi sahəsində hər cür dəstək göstərməyə hazır olduqlarını bildirib. Regional direktor icbari tibbi sığorta ilə bağlı institusional strukturun formalaşdırılması və imkanlarının genişləndirilməsi, universal tibbi təminata çatmaq üçün səhiyyənin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsi, tibbi xidmətin təşkili və keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən səhiyyədə insan resurslarının gücləndirilməsi məqsədilə həm klinik, həm də idarəetmə sahəsində bacarıqların artırılması ilə bağlı hər cür dəstəyə hazır olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.