Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın gələcək görüşü üzrə əsas məsələləri müzakirə ediblər.
Strateq.az Anspress-ə istinadın xəbər verir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter”dəki səhifəsində yazıb: “Biz nazir Elmar Mәmmәdyarovla Azәrbaycan vә Ermәnistan prezidentlәrinin müzakirә edәcәyi әsas mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq”.
Xatırladaq ki, həmsədrlər ötәn gün Ermәnistanın xarici işlәr naziri Edvard Nalbadyanla da görüşüblәr.