Kənd təsərrüfatı naziri İnam Kərimov 28 fevral 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul və Salyan rayonlarının, həmçinin Şirvan şəhərinin sakinləri ilə görüşəcək.
Strateq.az KTN-ə istinadən bildirir ki, görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.