XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

21 Fevral 2019 - 20:16

Nazarbayev hökumətə müvəqqəti şəxs təyin etdi –Əsgər Mamin Baş nazir vəzifəsini icra edəcək

Qazaxıstanın Baş naziri vəzifəsini müvəqqəti icra edəcək şəxs məlum olub. Bu, Qazaxıstan Baş nazirinin birinci müavini Əsgər Mamindir.  

Bu barədə hökumətin istefaya göndərilməsi barədə Qazaxıstan Prezidentinin fərmanında bildirilir.

“Qazaxıstan Respublikası hökumətinin üzvləri hökumətin yeni heyəti təyin olunanadək öz vəzifələrinin icrasına davam etsin”, – deyə fərmanda qeyd olunub.

Qeyd edək ki, Ə.Mamin daha əvvəl nəqliyyat və komunikasiyalar naziri, “Qazaxıstan Temir Jolı” dövlət təşkilatının prezidenti olub, digər dövlət vəzifələrində çalışıb. 2008-ci ildə Qazaxıstan Hokkey Federasiyasının prezidenti təyin olunub/Report.