Bu gün Avropa Liqasında 1/16 finalın növbəti cavab qarşılaşmasında Türkiyənin “Fənərbaxça” komandası səfərdə Rusiyanın “Zenit” komandasına məğlub olub.
Strateq.az xəbər verir ki, İstanbuldakı görüşdə 1-0 qalib gələn “Fənərbaxça” səfərdə 3-1 hesabı ilə uduzub.
Türklərin oyundakı yeganə qolunu 43-cü dəqiqədə Mehmet Topal vurub.
Bu məğlubiyyətdən sonra “Fənrəbaxça” Avropa Liqasına vida edib.