XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 12:50

Qulu Novruzov:"Ləğv olunan ixtisaslar arasında gömrük işi də olub”

“Təəssüf ki, 2009-ci ildən Azərbaycanda bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib. Ləğv olunan ixtisaslar arasında gömrük işi də olub”.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının rəisi Qulu Novruzov deyib.

“O vaxtdan gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra prezidentin sərəncamı ilə rəhbərlik etdiyim Akademiya yaradıldı və 2014-cü ildə akademiya fəaliyyətə başladı. Açça gömrük işi ixtisası bu günə qədər təsnifata salınmayıb. Bununla bağlı DGK müvafiq qurumlara müraciət edib. Ümid edirik ki, bu işə müsbət yanaşılacaq. Bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir”, – deyə o, qeyd edib.

Q. Novruzov həmçinin əlavə edib ki, Akademiyanın yeni binası olacaq: “Komitə yaxın bir il ərzində bizi yeni bina ilə təmin edəcəyinə söz verib”.  (Report)