XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

22 Fevral 2019 - 12:59

İqtisadiyyat naziri Çinə səfər edəcək –Vaxt açıqlandı

İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 25 fevral – 1 mart tarixində Çində səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçiriləcək, ticarət və investisyalar, energetika, İKT, kənd təsərrüfatı, turizm, nəqliyyat və yükdaşımalar, texniki yardım, gənclər və idman, mədəniyyət, humanitar, qida təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan nümayəndə heyəti Çinə səfər çərçivəsində həmçinin, rəsmi şəxslər və aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcək.