“Mən prezident olaraq kifayət qədər səhv buraxmışam və yaxşı ki, mənim gözlərim açılıb”.
Strateq.az axar.az-a istinadən bildirir ki, bu sözləri Sosial Demokratik Partiyasının qurultayında çıxışı zamanı Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev deyib.
“Partiyanın yenilənməsinə çox şadam. Mən daim partiyanın başında olmayacağam. 63 yaşım var, prezident rəhbərliyini verdiyim kimi, partiya rəhbərliyini də təhvil verəcəyəm. Rəsmi rəhbər həmişəlik Atambayev olmayacaq”, – deyə o bildirib.