XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 14:21

Azərbaycanda maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyət aradan qaldırılıb- Prezident qanuna dəyişikliyi təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.2-ci maddəsinə “vergi yoxlamalarına” sözlərindən sonra “və maliyyə bazarları sahəsində aparılan yoxlamalara” sözləri əlavə edilib.

Bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.