XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 19:31

Azərbaycan Premyer Liqası:"Qarabağ" "Sabah"la oyunda xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, günün ikinci matçında çempionatın debütantı “Sabah” “Qarabağ”ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Görüşdə ilk qol 19-cu dəqiqəyə təsadüf edib.

“Qarabağ”ın heyətində Reynaldo Silva cərimə zərbəsini dəqiq yerinə yetirib. 72-ci dəqiqdə isə Ağdam təmsilçisinin müdafiəçisi Bədavi Hüseynov avtoqol müəllifi olub. 77-ci dəqiqədə meydan sahiblərinin heyətində Erik Ramos ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 38-ə çatdıran “Qarabağ” bir günlük də olsa, lider “Neftçi” ilə xallarını bərabərləşdirib. “Sabah” isə 21 xalla beşincidir.

Qeyd edək ki, günün digər oyununda “Qəbələ” evdə “Keşlə” ilə heç-heçə edib. Tura sabah keçiriləcək “Neftçi” – “Səbail” və “Sumqayıt” – “Zirə” oyunları ilə yekun vurulacaq.