XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

23 Fevral 2019 - 19:45

Vergiödəyicilərinin ölkədən çıxışına qadağanı öyrənə biləcəkyeni xidmət

Vergilər Nazirliyi vergiödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verib. Bu xidmət vasitəsilə onlar ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı məlumat ala biləcəklər.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bunun üçün Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi saytında (www.e-taxes.gov.az) yaradılan ayrıca bölməyə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, yaxud da şəxsiyyət vəsiqəsinin FİN kodunu müvafiq xanalara daxil etmək lazımdır.

Bununla da, cəmi bir əməliyyatla vergiödəyicisi ölkədən çıxışına qadağa qoyulub-qoyulmaması ilə bağlı məlumatı əldə edə bilər.