XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 21:16

İranlı sahibkarlar Naxçıvanın istehsal etdiyi məhsullarla tanış olublar

Baş konsul: Təbriz sahibkarlarının Naxçıvana səfəri nəticəsində ikitərəfli ticari və iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir

 

İranın Şərqi Azərbaycan vilayətindən olan iqtisadi və istehsal sahələrində fəaliyyət göstərən 25 sahibkardan ibarət nümayəndə Naxçıvana səfər edib.

 

İranın Naxçıvandakı baş konsulluğundan report.az-a verilən məlumata görə, nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzində sərgilənən Naxçıvan məhsulları ilə yaxından tanış olublar.

 

Daha sonra iranlı sahibkarlar baş konsulluğu ziyarət ediblər. Görüşdə baş konsul Mansour Airom Naxçıvan Muxtar Respublikası Ali Məclis sədri Vasif Talıbovun Təbrizə səfərini və vilayətin valisi ilə görüşünü xatırladıb və bildirib ki, bu görüş zamanı ikitərəfli əməkdaşlığa dair razılığa gəlinib və onlardan bəziləri artıq icra olunur.

 

Baş konsul bildirib ki, Təbriz sahibkarlarının Naxçıvana səfəri nəticəsində ikitərəfli ticari və iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir.