XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2019 - 10:53

Tramp Ərdoğanı ABŞ-a dəvət edib –İki ölkə liderinin görüşü gözlənilir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-dən sonra Vaşinqtonda amerikalı həmkarı Donald Trampla görüşə bilər.

Bu barədə o, “CNN Türk”ün əməkdaşı ilə söhbətində bildirib.

Qeyd edilir ki, Tramp Ərdoğanı ABŞ-a dəvət edib, ancaq Türkiyənin dövlət başçısı amerikalı həmkarının öz ölkəsinə səfərini gözləyir.

Ərdoğan vurğulayıb ki, onunla Tramp arasında pozitiv münasibətlər mövcuddur. Bu, bir çox məsələləri sadə formada həll etməyə imkan verir/Report.