XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2019 - 12:02

24 gün komada olan jurnalist vəfat etdi…

”Oxu məni” qəzetinin keçmiş baş redaktoru Natiq Qocaman bu gün vəfat edib.

Strateq.az bildirir ki, 24 gün komada olan jurnalist bu gün səhər dünyasını dəyişib.

Xatırladaq ki, Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət etdikdən sonra, o, fevralın 12-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülmüşdü.

Allah rəhmət eləsin!