XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 12:36

Bakıya yağış, rayonlara qar yağacaq –Sabahın hava proqnozu açıqlandı

Fevralın 25-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Strateq.az ETSN-ə istinadən bildirir ki, sabah havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Gecə və səhər ayr-ayrı yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.