XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 20:32

BDU-nun itkin tələbəsi Qubada tapıldı –O, artıq ailəsinə təhvil verilib

Bakıya getmək adı ilə evdən çıxan tələbə Quba rayonunda tapılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, fevral ayının 17-də itkin düşən Goranboy rayon sakini, Mayis Qurbanov Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Quba rayonu ərazisində tapılıb. Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan M.Qurbanov artıq ailəsinə təhvil verilib.

M.Qurbanovun Qubaya iş taparaq orada işləmək üçün getdiyi bildirilir.

Qeyd edək ki, Goranboy rayon sakini olan M.Qurbanov ailəsinə öncə Gəncə şəhərinə oradan isə paytaxta gedəcəyini bildirərək evdən çıxıb, daha sonra ailəsi ondan heç bir xəbər ala bilməyib/Report.