XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 20:42

İstanbulda “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirilib

Türk Dünyası Araşdırmaları Vəqfi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar XX əsrin əvvəllərində yaranan Ermənistanın yerləşdiyi ərazinin əslində tarixi İrəvan torpağı olduğunu vurğulayıb. Professor qeyd edib ki, bu bölgələrdə yaşayan və bu torpaqların sahibi olan Azərbaycan türklərinin sürgün edilməsi çar Rusiyasının məkrli planlarının tərkib hissəsi idi.

Balkan müharibələri, ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri vəhşiliklər haqqında danışan A.Attar uzun illər apardığı araşdırmalar nəticəsində əldə etdiyi tarixi faktları diqqətə çatdırıb.

Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından söhbət açan professor bu qanlı hadisənin ildönümü ilə əlaqədar Türkiyənin müxtəlif bölgələrində keçirilən tədbirlərin Avropa, ABŞ və digər ölkələrdə də təşkilinin vacibliyini qeyd edib.

Tədbirdə Türkiyənin bir çox tanınmış elm adamları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.