XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

24 Fevral 2019 - 21:23

“Srebrenitsa anaları” “Ana harayı” abidəsini ziyarət etdi –FOTO

Azərbaycanda səfərdə olan “Srebrenitsa anaları” Hərəkatının üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

“Srebrenitsa anaları” Hərəkatının və Parlement Jurnalistləri Birliyinin (PJB) təmsilçiləri ilə yanaşı, Xocalı soyqırımı qurbanlarının yaxınları da abidəni ziyarət edənlər arasında olub.

Qeyd edək ki, “Srebrenitsa Anaları” Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər/Modern.az.