XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 23:46

Yollar bağlanacaq – Sürücülərin diqqətinə!

 xocali abidesi

 

Sabah Bakının bir sıra küçələri nəqliyyatın hərəkətinə bağlanacaq.

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov apa.az-a açıqlamasında bildirib ki,  fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Xocalı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

 

V.Əsədovun sözlərinə görə, sabah səhər saat 08:00-dan tədbir tam başa çatana qədər – İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqamət dəyişdiriləcək.

 

Bakı şəhər Dövlət Yol Polis İdarəsi bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün, vətəndaşlara, sürtücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.